6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?

Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?

“B” MMC kənd təsərrüfatı məhsullarını kənd sakinlərindən alıb mağazalara topdan satır. 2024-cü ildə kənd sakinlərindən 10.000 manat dəyərində toyuq yumurtası alınıb. MMC həmin xərcləri tam şəkildə gəlirdən çıxa biləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən ,“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Göründüyü kimi, müvafiq istisnalar nəzərə alınmaqla malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması zamanı gəlirdən çıxılan xərclər müəyyən olunmuş hədlə məhdudlaşdırılır və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların, o cümlədən kənd təsərrüfatı məhsullarının vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər məhdudlaşdırılmadan gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinin müddəalarına əsasən, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi kənd təsərrüfatı məhsullarının satışı sayılır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, toyuq yumurtası kənd təsərrüfatı məhsulu hesab edildiyindən, həmin məhsulun vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq tam şəkildə gəlirdən çıxılır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 108-ci və 109-cu maddələri ilə tənzimlənir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?