6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Könüllü açıqlamanın əhatə müddəti artırılır

Könüllü açıqlamanın əhatə müddəti artırılır

Sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkəmizdə aparılan vergi siyasətinin başlıca priotetlərindəndir. Bu istiqamətdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biri də könüllü açıqlamanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan hallar ödəyicilərlər tərəfindən vergi orqanlarına könüllü şəkildə bəyan edilə bilər. Könüllü açıqlandığı halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir.

Göründüyü kimi, hazırda vergi ödəyicilərinə yalnız səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə vergilərin könüllü şəkildə bəyan edilməsi imkanı verilib. Səyyar yoxlama ilə əhatə olunmayan, 3 ildən artıq müddət keçmiş dövrlər üzrə vergi ödəyicisinin gəlirlərini könüllü bəyan etmək hüququ mövcud qanunvericiliklə məhdudlaşdırılır.

Bu səbəbdən könüllü açıqlama mexanizminin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur. 2026-cı ildən etibarən səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq, vergi və sığorta öhdəliklərini yaradan halların vergi ödəyiciləri tərəfindən 3 illik müddətdən əvvəlki dövrlər üzrə də könüllü şəkildə bəyan edilməsi mümkün olacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?