6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?

MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?

Təsisçisi olduğum şirkət tərəfindən Azərbaycan futbolunun inkişafına dəstək olmaq məqsədilə məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan rayon futbol klubuna 2024-cü il üzrə mənfəətin müəyyən hissəsi köçürülüb. Həmin köçürülən vəsaiti gəlirdən çıxa bilərikmi? Və ya bu halla bağlı Vergi Məcəlləsində güzəşt müəyyən olunubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinin inkişafı məqsədilə bu sahələrdə fəaliyyət göstərən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara əvəzsiz olaraq köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisindən azaddır.

Həmin Qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 5-ci bəndinə əsasən, idman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları kimi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması və köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi müəyyən edilib.

Qeyd olunanlara əsasən, sözügedən Meyarlarda Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq vergidən azadolma ictimai birlik təşkilati-hüquqi formasında yaradılan idman klublarına köçürülən vəsaitlərə münasibətdə tətbiq edildiyindən, vergi ödəyicisi tərəfindən təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan idman klublarına köçürülən vəsaitlərə müvafiq azadolma şamil olunmur.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən çəkilmiş həmin xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilmir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 106-cı və 108-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?