6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad olunmuş ərazilərə şamil edilən vergi güzəştlərinin Naxçıvanda da tətbiqi nəzərdə tutulur

İşğaldan azad olunmuş ərazilərə şamil edilən vergi güzəştlərinin Naxçıvanda da tətbiqi nəzərdə tutulur

Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərindən birini sahibkarların vergi yükünün optimallaşdırılması və biznes fəaliyyətinə təşviqlərin verilməsi təşkil edir. Belə ki, 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq, əlavə dəyər (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergi üzrə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq olunan vergi güzəştlərinin Naxçıvan Muxtar Respublikasında da tətbiqi nəzərdə tutulur.

Dəyişiklik nəticəsində Naxçıvan MR-də iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq mühitinin canlanması, ölkə iqtisadiyyatına inteqrasiyası, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi hədəflənir.

Bu dəyişikliklərin sahibkarların maliyyə yükünü azaldacağı, yeni iş yerlərinin yaradılmasına şərait yaradacağı və iqtisadi aktivliyi artıracağı gözlənilir. Nəticədə, həm sahibkarlar, həm də bölgə əhalisi üçün daha əlverişli iqtisadi mühit formalaşacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?