6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX “Netty” mükafatına layiq görülüb

DVX “Netty” mükafatına layiq görülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ilin yekunlarına görə “Netty” İnternet Mükafatına layiq görülüb. Qurumun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi “Elektron hökumət və rəqəmsallaşma” kateqoriyası üzrə “Sosial kanallar və səhifələr” nominasiyasında qalib gəlib.

Qeyd edək ki, “Netty” qlobal internet şəbəkəsi və ümumilikdə İT bazarının milli seqmentdə inkişafının təşviqi üçün informasiya texnologiyaları sahəsində Azərbaycanda yaradılmış ilk peşəkar mükafatdır. “Netty” hər il informasiya texnologiyaları sahəsində ölkənin əhəmiyyətli internet və sosial platforma resurslarını, tətbiqləri, aktual İT layihələrini mükafatlandırır.

Müsabiqənin nominantları virtual münsiflər heyəti və ekspert şurasının (Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən mütəxəssislər və peşəkarlardan ibarət xüsusi qrup) səsverməsi vasitəsilə müəyyən edilir. Qaliblərin son seçimi ictimai, dövlət və biznes strukturlarını təmsil edən mütəxəssislərdən ibarət “NETTY Akademiyası” tərəfindən həyata keçirilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?