6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

2020-ci ildən etibarən ölkəmizdə uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması və nağdsız ödənişlərin artırılması istiqamətində mühüm nəticələr verməkdədir. Son 5 il ərzində nağdsız ödənişlərin həcmində qeydə alınan yüksək dinamika, dövriyyələrin şəffaflaşmasında irəliləyişlər və alış-veriş çeklərinin təqdim olunmasına ictimai marağın artması bunu sübut edir.

“ƏDV geri al” layihəsindən əldə edilən uğurlu nəticələr onun əhatəsinin tədricən genişləndirilməsinə imkan verib. Ötən dövr ərzində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə, teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması layihənin əhatə dairəsinə daxil edilib.

Növbəti ildən etibarən layihənin bir qədər də genişləndirilməsi nəzərdə tutulur. Vergi qanunvericliyinə edilən dəyişikliklərdə 2026-cı ilin yanvar 1-dən etibarən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi öz əksini tapıb.

Yenilik həm istehlakçıların hüquqlarının daha yaxşı qorunmasına, həm də həmin sahələrdə şəffaflığın artırılmasına yönəlib ki, bu da ümumilikdə vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsinə və iqtisadiyyatın leqallaşmasına töhfə verəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?