6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş müsabiqə keçirilib

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş müsabiqə keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dili təmayüllü Gimnaziyada maarifləndirici tədbir keçirilib.

Görüşün əsas məqsədi şagirdlərə vergi mədəniyyəti, eləcə də insan hüquqları və vəzifələri haqqında fundamental biliklərin çatdırılması olub.

Tədbirdə çıxış edən Gimnaziyanın direktoru Nazim Rəhimov bu kimi maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Zahid Qənbərov iqtisadi təhlükəsizlik və sabitlik, vergilərin mahiyyəti, növləri və sosial-iqtisadi rifahın təmin edilməsində əhəmiyyəti barədə məlumat verib.

Daha sonra şagirdlər arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş viktorina keçirilib. Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?