6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər əlverişli vergi mühitinin formalaşmasına xidmət edir

Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər əlverişli vergi mühitinin formalaşmasına xidmət edir ŞƏRH

Azərbaycanda həyata keçirilən vergi islahatlarının prioritet istiqamətlərindən biri biznes mühitinin təkmilləşdirilməsi və iş adamları üçün əlverişli iqtisadi şəraitin yaradılmasıdır. Bu məqsədlə vergi yükünün optimallaşdırılması, rəqəmsal inzibatçılığın genişləndirilməsi, investisiya fəaliyyətinin stimullaşdırılması, biznes subyektləri üçün təşviqlərin verilməsi və fiskal dayanıqlığın gücləndirilməsi diqqətdə saxlanılır. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərin əhəmiyyətli hissəsi bir qayda olaraq biznes subyektlərinin vergi yükünün optimallaşdırılmasına və əlverişli vergi mühitinin formalaşmasına xidmət edir.

Vergi qanunvericiliyinə təklif edilən dəyişiklikləri şərh edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Rəşad Nuriyev bildirib ki, fiziki şəxslər tərəfindən xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi nəzərdə tutulur.

“Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən isə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur. Bu dəyişiklik, bir tərəfdən xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət edəcək”, - deyə idarə rəisi vurğulayıb.

Rəşad Nuriyevin sözlərinə görə, nəzərdə tutulan dəyişiklik bir neçə mühüm məqsədə xidmət edir: “İlk növbədə, bu addım xaricdə yerləşən maliyyə vəsaitlərinin, aktivlərin və investisiyaların ölkəyə geri axınını stimullaşdıracaq. Aşağı vergi dərəcəsi kapitalın Azərbaycana gətirilməsini daha sərfəli edəcək və investorların ölkə iqtisadiyyatına marağını artıracaq. Bununla yanaşı, islahat vergi bazasının əhatə dairəsinin genişlənməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımından da müsbət təsir göstərəcək”.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?