6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Fransa Respublikasında Avropa Şurası və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində “Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində regional seminar keçirilib. Seminarda Dövlət Vergi Xidmətini Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin rəisi Lalə Cəfərova, Maliyyə monitorinqi şöbəsinin əməkdaşı Fuad Muradov təmsil ediblər.

Tədbirdə Avropa Şurası İnsan Hüquqları və Hüququn Aliliyi Baş İdarəsinin Korrupsiyaya qarşı Dövlətlər Qrupunun icraçı katibi, İqtisadi Cinayətkarlıq və Korrupsiya Departamentinin rəhbəri Liviya Stoyka Bext çıxış edib. Tədbir çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində benefisiar mülkiyyətçi (BO) sahəsində müqayisəli təhlil, əsas nəticələr, çağırışlar və imkanlar təqdim edilib. İştirakçılar tərəfindən region ölkələrində bu sahədə son yeniliklər və perspektivlər, benefisiar mülkiyyətçilərlə bağlı məlumatların toplanması və yoxlanılması mexanizmlərinə dair təcrübə Avropa İttifaqı məkanında şəffaflığa dair kompleks yanaşmalar kimi mövzular müzakirə olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?