5 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) haqqında BİLDİRİŞ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, Azərbaycan Respublikasının 11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilərək “benefisiar mülkiyyətçi” anlayışı və onun müəyyən edilməsi meyarları əlavə olunub, dövlət reyestrinə daxil edilən məlumatlar müəyyənləşdirilib.

Benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarət edən və ya onun əsl sahibi olan, xeyrinə əməliyyat aparılan və əqdlər bağlanılan, yaxud son nəticədə effektiv nəzarəti həyata keçirən fiziki şəxs hesab olunur.

Qanunun 5.3.2-3-cü maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı benefisiar mülkiyyətçi barədə təqdim olunmalı məlumatları müəyyən edir. Eyni zamanda, 12-ci maddəyə uyğun olaraq isə Qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, həmçinin xarici hüquqi şəxslərin nümayəndəlik və filialları benefisiar mülkiyyətçilərini müəyyənləşdirməli, müvafiq məlumat və sənədləri dövlət reyestrinə təqdim etməlidirlər.

Məlumatların təqdim olunması müddətləri aşağıdakı kimidir:

- iri sahibkarlıq subyektləri – 31 dekabr 2025-ci ilədək;
- orta sahibkarlıq subyektləri – 30 iyun 2026-cı ilədək;
- kiçik sahibkarlıq subyektləri – 31 dekabr 2026-cı ilədək;
- mikro sahibkarlıq subyektləri – 31 dekabr 2027-ci ilədək.

İnzibati Xətalar Məcəlləsinin 403-1-ci maddəsinə əsasən, benefisiar mülkiyyətçi barədə dürüst, dəqiq və yenilənmiş məlumatların qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim edilməməsinə görə cərimə nəzərdə tutulur.

Beləliklə, benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi həm yeni qeydiyyata alınan hüquqi şəxslər, həm də Qanun qüvvəyə minənədək mövcud olmuş hüquqi şəxslər üçün tələb olunur.

Benefisiar mülkiyyətçi məlumatlarının təqdim olunması Dövlət Vergi Xidmətinin 21.11.2025-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hüquqi şəxsin (xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının) dövlət qeydiyyatı haqqında ərizə” və onun “4 nömrəli əlavə”si (Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumat) vasitəsilə həyata keçirilir. Məlumatlar reyestrə daxil edildikdən sonra “Benefisiar mülkiyyətçi barədə dövlət reyestrindən çıxarış” vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Məlumatlar həm elektron qaydada, həm də kağız daşıyıcıda qeydiyyat orqanlarına təqdim edilə bilər.

Yuxarıda göstərilən müddətlərə riayət etməklə kommersiya hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin benefisiar mülkiyyətçiləri barədə məlumatların Dövlət Vergi Xidmətinin qeydiyyat strukturlarına təqdim edilməsi xahiş olunur. Dövlət qeydiyyatı üçün tələb olunan ərizə və digər sənəd nümunələri Xidmətin internet saytında mövcuddur.

Azərbaycan Respublikasının

İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidməti

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?