6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti Dövlət Vergi Xidmətində olub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti Dövlət Vergi Xidmətində olub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti “Vergitutma bazasının aşınması və mənfəətin süni şəkildə köçürülməsi (BEPS) layihəsi üzrə giriş proqramı və transfer qiymətlərinin tətbiqi” mövzusunda təlimlərin keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olub.

Tədbirin keçirilməsində məqsəd transfer qiymətləri üzrə siyasət və inzibatçılıq sahəsində Dövlət Vergi Xidməti əməkdaşlarının peşəkar potensialının gücləndirilməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının, Tədris Mərkəzinin, Milli Gəlirlər Baş İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları üçün geniş proqramlı təlimlər keçirilib.

Səfər çərçivəsində Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəhbərliyi ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?