6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnnovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub

Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycan və Estoniya arasında vergi inzibatçılığı, rəqəmsal xidmətlərin tətbiqi və innovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi olub.

Dövlət Vergi Xidmətində keçirilən görüşlər zamanı Estoniyanın dünyada tanınmış rəqəmsal idarəetmə ekosistemi, vergi inzibatçılığı proseslərinin avtomatlaşdırılması, məlumatların real vaxt rejimində emalı, transsərhəd məlumat mübadiləsi və yeni nəsil analitik həllərin tətbiqi üzrə təcrübəsi ətrafında geniş müzakirələr aparılıb. Tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini, qarşılıqlı inteqrasiya və əməkdaşlıq formatlarını da nəzərdən keçiriblər.

Görüşlərdə vergi inzibatçılığının təkmilləşdirilməsi, rəqəmsal ekosistemin daha da inkişaf etdirilməsi, təhlükəsiz məlumat idarəçiliyi və risk əsaslı vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər arasında geniş təcrübə mübadiləsi aparılıb, müxtəlif rəqəmsal vergi həlləri və idarəetmə alətləri praktiki şəkildə nümayiş etdirilib.

Nümayəndə heyətinin səfəri çərçivəsində Estoniya Vergi və Gömrük Şurası tərəfindən real vaxt iqtisadiyyatı, vergi ödəyicilərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə həllər üzrə həyata keçirilən layihələr təqdim edilib. DVX tərəfindən rəqəmsal vergi inzibatçılığı sahəsində görülmüş işlər, tətbiq edilən yeni nəsil elektron xidmətlər, vergi risklərinin idarə olunması üzrə istifadə edilən analitik sistemlər, məlumat təhlükəsizliyi və idarəetmə modelləri haqqında ətraflı məlumat verilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?