6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti ilə Estoniya Vergi və Gömrük Şurası arasında əməkdaşlıq genişlənir

Dövlət Vergi Xidməti ilə Estoniya Vergi və Gömrük Şurası arasında əməkdaşlıq genişlənir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozovla görüşüb.

Görüşdə Azərbaycan və Estoniyanın vergi orqanları arasında əməkdaşlığın inkişaf prioritetləri nəzərdən keçirilib. Tərəflər arasında məlumat mübadiləsi, rəqəmsal həllərin genişləndirilməsi, təlimlərin təşkili və beynəlxalq vergi standartlarına adaptasiya istiqamətlərində birgə fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hazırda iki qurum arasında geniş tərəfdaşlıq movcusdur və bu, risklərin idarə edilməsi, vergi ödəyicilərinə xidmət və vergi öhdəliklərinin icrası kimi mühüm sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açır. Birgə təşəbbüslərin həyata keçirilməsi və vergi inzibatçılığında innovativ yanaşmaların tətbiqi üçün hərtərəfli imkanlar olduğu vurğulanıb.

Orxan Nəzərli DVX-nin xüsusilə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi, data analitikası, risklərin idarə olunması və könüllü vergi ödənişi sahələrində təcrübə, innovativ bilik və yanaşmaların transferi ilə yaxından maraqlandığını diqqətə çatdırıb, bu sahədə məlumat mübadiləsinin zəruriliyini qeyd edib. Yanek Rozov vergi orqanları arasında qarşılıqlı münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb, rəqəmsal vergi inzibatçılığı sahəsində əməkdaşlıq imkanları ilə bağlı potensial istiqamətlərə toxunub.

Görüş çərçivəsində vergi sistemində şəffaflığı, innovativliyi və sürətli adaptasiyanı təmin edən həllərin tətbiqi imkanları barədə müzakirələr aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?