6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin nümayəndə heyəti İsveç Krallığına səfər edib

DVX-nin nümayəndə heyəti İsveç Krallığına səfər edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti İsveç Krallığına səfər çərçivəsində həmin ölkənin Vergi Agentliyində işgüzar görüşlər keçirib.

Səfərin əsas məqsədi təcrübə mübadiləsinin aparılması, vergi inzibatçılığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.

Səfər çərçivəsində DVX-nin nümayəndə heyəti süni intellekt əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri, rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə keçirilən təqdimat və müzakirələrdə iştirak edib. Bununla yanaşı, beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?