6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2025-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.757 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz azdır. Müraciətlərin 95,2 faizi ərizə, 4,7 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 66,9 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 faizi həll olunub, 29,2 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər məsələlərlə bağlı olub.

2025-ci ilin oktyabr ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 48 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?