6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikro və kiçik sahibkarlarla görüş keçirilib

Mikro və kiçik sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsi Füzuli rayonunun Horadiz şəhərində və ətraf kəndlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının və POS-terminalların uçotuna dair tələblər, vergi ödəyicilərinə xidmətlər, vergi borcları, uçotun dürüstləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri barədə ətraflı məlumat verib.

Tədbirdə vergi ödəyicilərinin fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı çətinliklər, bəzi vergi ödəyicilərinin vergi qanunvericiliyinə düzgün əməl etməməsi, əmtəəsiz əməliyyatlar, vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməməsi, vergi borcları, işəgötürənlər tərəfindən işçilərlə əmək müqavilələrinin bağlanılmaması və s. məsələlər diqqətə çatdırılıb.

Sonda yeni nəsil NKA-ların tətbiqi və onlardan istifadə qaydaları, təsərrüfat subyektlərinin vergi orqanında uçota alınması və vergi qanunvericiliyinin tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran digər suallar cavablandırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?