6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyiciləri ilə görüş keçirilib

Vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik, orta və iri biznes nümayəndələri iştirak ediblər. Görüşün məqsədi sahibkarların vergitutma və sosial sığorta sahələrində qarşılaşdıqları çətinlikləri dinləmək və onların təkliflərini nəzərdən keçirməkdən ibarət olub.

Tədbirdə çıxış edən Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi inzibatçılığında şəffaflığın artırılması istiqamətində həyata keçirlən işlər barədə məlumat verib. Bildirib ki, Vergi ombudsmanı institutunun əsas məqsədi vergi ödəyicilərinin hüquqlarının qorunması və bununla bağlı preventiv tədbirlərin həyata keçirilməsi, onların pozulmuş hüquqlarının bərpası istiqamətində tədbirlərin görülməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüş zamanı iştirakçılara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib. Sahibkarların vergi və sığorta qanunvericiliyinin tətbiqi, inzibatçılıq prosesləri barədə sualları cavablandırılıb, təkliflər qeydə alınıb. İştirakçılar arasında vergi orqanlarına müraciətlərin baxılması vəziyyətinə dair real vaxt rejimində sorğu keçirilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən analoji görüşlərin keçirilməsi davam etdiriləcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?