6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin rəis müavini Samirə Musayeva "Women's Entrepreneurship Summit 2025" tədbirində çıxış edib

DVX-nin rəis müavini Samirə Musayeva "Women's Entrepreneurship Summit 2025" tədbirində çıxış edib

Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə "Women's Entrepreneurship Summit 2025" tədbiri keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Sammitin “Sərhədləri aşaraq iz qoymaq: Qadınlar liderliyi və sahibkarlığı yenidən yazır” adlı sessiyasında çıxış edib.

Samirə Musayeva bildirib ki, son illər qadınların iqtisadi fəallığının artması, qadın sahibkarların biznesə və maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması, təlim və mentorluq proqramlarının genişləndirilməsi ölkəmizdə dövlət siyasətinin prioritetlərindən biridir. Sahibkarlıqla məşğul olanların xüsusi çəkisində qadınların payının artmasında onlara bizneslərinin formalaşdırılması və idarə olunması üçün dəstək göstərilməsi xüsusi rol oynayır. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 341,7 minə yaxındır. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 32 minə qədər, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 27,5 mindir.

DVX-nin rəis müavini bildirib ki, bu gün dövlət idarəçiliyində və özəl sektorda qadınların rəhbər vəzifələrə daha geniş çıxışı təmin olunur. Bu, həm də idarəetmənin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm amildir. Qadınlar biznes mühitində davamlı və keyfiyyətli inkişaf modeli formalaşdırırlar, innovativ ideyaları, idarəetmə bacarıqları və sosial məsuliyyət anlayışı ilə ölkə iqtisadiyyatına böyük dəyər qatırlar.

Gender bərabərliyi prinsiplərinə toxunan DVX-nin rəis müavini bildirib ki, qadınların idarəetmə və qərarvermə səviyyəsində təmsilçiliyinin artırılması yalnız özəl sektordan deyil, həm də dövlət qurumlarından gözlənilir. Samirə Musayeva DVX-də qadınların idarəetmədə təmsil olunması, onların peşəkar potensialının üzə çıxarılması və rəhbər vəzifələrə yüksəlməsi məqsədilə sistemli yanaşmalar tətbiq olunduğunu vurğulayıb.

Sonra Sammit iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?