6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Borc məbləğlərinə görə vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Mövzunu “vergiler.az”a vergi mütəxəssisi Meyxanım Ələkbərova şərh edir.

Bəzi hallarda müəssisələr mal təqdim etdikləri vergi ödəyicisindən borc vəsaitlər də ala bilirlər. Bu prosesin rəsmiləşdirilməsi, vergilərin nə vaxt və necə hesablanması kimi məqamları aydınlaşdırmağa çalışacağıq.

Müəssisə mallar (işlər, xidmətlər) təqdim etdiyi şirkətlərdən eyni zamanda borc aldığı hallarda, ƏDV bəyannaməsinin tərtibi zamanı Vergi Məcəlləsinin 166.4-cü maddəsinin tələblərinə riayət olunmasına diqqət etməlidir. Həmin maddəyə əsasən, mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) vergi tutulan əməliyyatın vaxtı borcun verildiyi tarixdir.

Misal 1: İyul ayında “AA” MMC “BB” MMC-yə 10.000 manat dəyərində mal (iş, xidmət) təqdim edib və nəticədə 10.000 manat alacağı (debitor borcu) yaranıb. Avqust ayında “AA” MMC eyni şirkətdən 20.000 manat borc alıb. Vergi Məcəlləsinin 166.4.1-ci maddəsinə əsasən, “AA” MMC-nin 10.000 manat alacağı təqdirdə, malın (işin, xidmətin) ödənişini tələb etmək əvəzinə qarşı tərəfdən borc alması vergitutulan əməliyyat kimi qiymətləndirilir. Bu halda, avqust ayının ƏDV hesabatında 10.000 manat daxilolma da qeyd edilərək ona görə 1.800 manat ƏDV hesablanmalıdır. Əgər sentyabr ayında 10.000 manat debitor borc məbləği “BB” MMC tərəfindən ödənilərsə, bu məbləğ artıq avqust ayında daxilolmada yazılaraq bəyan olunduğu üçün 2-ci dəfə bəyan edilməyəcək. Sentyabr ayında daxilolma üzrə kameral uyğunsuzluq məktubu daxil olarsa, Vergi Məcəlləsinin 166.4.1-ci maddəsinə istinad edilməklə izahat təqdim olunmalıdır.

Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən, mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) təqdim edildiyi tarixdir.

Misal 2: İyul ayında “AA” MMC “BB” MMC-dən 20.000 manat borc alıb. Həmin tarixdə “AA” MMC-nin “BB” MMC-dən hər hansı alacağı (debitoru) olmayıb. Avqust ayında “AA” MMC “BB” MMC-yə 10.000 manat dəyərində mal (iş, xidmət) təqdim edib. Həmin malın (işin, xidmətin) dəyərinin avqustda “BB” MMC tərəfindən ödənilməməsinə baxmayaraq, Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən, 10.000 manat avqust ayının ƏDV hesabatında daxilolmada qeyd edilərək 1.800 manat ƏDV hesablanmalıdır. Əgər sentyabr ayında 10.000 manat debitor borc “BB” MMC tərəfindən ödənilərsə, artıq 10.000 manat avqust ayında daxilolmada yazılaraq bəyan edildiyi üçün ikinci dəfə bəyan edilməyəcək. Sentyabr ayında daxilolma ilə bağlı kameral uyğunsuzluq məktubu daxil olarsa, Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə istinad edilməklə cavab verilməlidir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?