6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şirvanda vergi ödəyiciləri üçün maarifləndirici təlim təşkil edilib

Şirvanda vergi ödəyiciləri üçün maarifləndirici təlim təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 5 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, dövlət qurumları və bələdiyyələrin əməkdaşları üçün təlim keçirilib. Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2022–2026-cı illər Milli Fəaliyyət Planı” çərçivəsində Şirvan şəhərində təşkil olunub.

DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev “Vergidən yayınma hallarına görə məsuliyyət” və “Dövlət, bələdiyyə və büdcə təşkilatlarında korrupsiya riskləri və halları ilə mübarizə” mövzularında təqdimatlarla çıxış edib. Təlim interaktiv şəkildə keçirilib, iştirakçıların sualları vergi xidməti əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində DVX tərəfindən bu kimi maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?