6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində avtomobil dilerləri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətində avtomobil dilerləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların təkliflərinin dinlənilməsi məqsədilə görüşləri davam etdirir. Növbəti belə görüş avtomobil dilerlərinin nümayəndələri ilə keçirilib.

Görüşdə DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Nicat İmanov 2026-cı ildə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı ƏDV-dən azadolmanın ləğvi, həmçinin həmin avtomobillərin yerli istehsalının ƏDV-dən azad edilməsi barədə yenilikləri görüş iştirakçılarının diqqətinə çatdırıb. İclas zamanı işlənmiş avtomobillərin dilerlər tərəfindən satışının ƏDV-yə cəlb olunması mexanizmi müzakirə edilib. Bu cür əməliyyatların aparılması ilə bağlı vergi öhdəlikləri, yarana biləcək çətinliklərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

DVX əməkdaşları tərəfindən vergi qanunvericiliyinin bəzi aspektəri izah olunub, sahibkarlarla dialoqun davamlı şəkildə aparılacağı və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndiriləcəyi bildirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?