6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xəyal Feyzullayev: “Prefiling” sistemi mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır”

Xəyal Feyzullayev: “Prefiling” sistemi mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verdiyi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin öncədən doldurulması - “prefiling” sistemi bəyannamələrin daha çevik hesablanıb təqdim edilməsinə imkan verəcək. Bu fikri “vergiler.az”a açıqlamasında vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev səsləndirib. Onun sözlərinə görə, bu, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır: “Məlumdur ki, sadələşdirilmiş vergi rejimindən daha çox fiziki şəxslər istifadə edirlər, lakin bəzi hallarda onlar da hesabatları hazırlamaqda çətinlik çəkirlər. Bunun üçün ayrıca mühasib cəlb etməyə ehtiyac yaranır, buna isə əlavə vəsait tələb olunur. “Prefiling” sistemi həmin vergi ödəyicilərinə vergi bəyannamələrini daha rahat və asan formada təqdim etmələrinə, eləcə də onların maliyyə itkilərinin qarşısını almağa imkan verir. Sahibkarların bu sistemdən rahatlıqla yararlana bilməsi isə onun üstünlüyü kimi dəyərləndirilir”.

X. Feyzullayev əlavə edib ki, hələlik “Sadələşdirilmiş vergi bəyannaməsi” və vahid muzdlu bəyannaməni öncədən hazırlamaq mümkündür: “Sahibkarlar hesabat müddətində şəxsi kabinetlərinə daxil olduqda həmin bəyannamələri hazır görə bilərlər. Sadəcə, bəzən onların əlində olan rəqəmlərlə vergi orqanlarının məlumat bazasındakı rəqəmlər uyğun gəlməyə bilər. Bu zaman vergi ödəyiciləri özləri həmin yanlışlıqları redaktə etməklə, bəyannaməyə doğru rəqəmləri daxil edə bilərlər. Bu, həm vaxt baxımından, həm də maliyyə xərclərinə qənaət baxımından sahibkarlar üçün xeyli əlverişlidir. Xüsusilə mikro sahibkarlar üçün DSMF hesabatlarında da belə bir rahatlıq mövcuddur”.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib. Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi yer alır.

“Prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri öz elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?