6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib

DVX-nin nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük Xidməti (HMRC) ilə təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti London şəhərinə səfər edib. Səfər çərçivəsində vergi inzibatçılığının səmərəliliyinin artırılması, müasir idarəetmə yanaşmalarının tətbiqi, vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, hüquqi münasibətlərin effektiv tənzimlənməsi, vergi mübahisələrinin alternativ həlli və praktiki tətbiqi, əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qeyri-maliyyə sektoruna nəzarət, risklərin qiymətləndirilməsi, uyğunluq tələbləri və tətbiqetmə üsulları kimi mövzular müzakirə olunub.

Görüşlər zamanı ƏL/TMM sahəsində nəzarət, riskəsaslı qiymətləndirmə, eləcə də şikayətlərin idarə olunması, rəqəmsal həllərin tətbiqi və müştəri təcrübəsinin yaxşılaşdırılması mövzularında təcrübə mübadiləsi aparılıb. DVX nümayəndələri Böyük Britaniyanın Gəlirlər və Gömrük Xidmətinin Müştəri təcrübəsi idarəsinin fəaliyyət istiqamətləri, müştəri davranışlarının təhlili metodologiyası, UX (istifadəçi təcrübəsi) laboratoriyasının iş prinsipi, istifadəçi mərkəzli dizayn yanaşmalarının tətbiqi üzrə proseslərlə tanış olublar.

İki günlük səfər DVX-də vergi inzibatçılığı, şikayətlərin idarə olunması, riskəsaslı nəzarət, müştəri təcrübəsinin təhlili və rəqəmsal həllərin tətbiqi sahələrində Böyük Britaniyanın qabaqcıl təcrübəsini ətraflı öyrənmək imkanı yaradıb. HMRC ilə aparılan təcrübə mübadiləsi DVX-nin institusional potensialının gücləndirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, eləcə də vergi ödəyiciləri üçün daha səmərəli, şəffaf və müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verəcək. Əldə olunan bilik və praktiki yanaşmaların DVX-nin fəaliyyətində tətbiqi vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?