6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində tərəflər rəqəmsal transformasiya proseslərinin təşkili, vergi inzibatçılığında müasir texnologiyaların tətbiqi, süni intellekt və avtomatlaşdırma alətlərindən istifadə etməklə vergi risklərinin idarə olunmasına yönəlmiş riskə əsaslanan uyğunluq strategiyalarının formalaşdırılması, idxal-ixrac və s. kimi məsələlər ətrafında geniş müzakirələr aparıblar. DVX nümayəndələrinin “AVİS”, “e-portal”, “e-kassa”, “Vergi risklərinin təhlili”, “Mal axınlarının hərəkətinin izləmə sistemi” kimi təqdimatları maraqla qarşılanıb.

Görüşlər zamanı, həmçinin, daxili auditin təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin və şəffaflığının artırılması, istifadəçi məmnunluğunun yüksəldilməsi, elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, vergi mübahisələrinin həlli ilə bağlı məhkəmə təcrübəsi, vergi nəzarəti tədbirlərinin məhkəmələr tərəfindən ləğv edilməsi hallarının təhlili və digər məsələlər barədə məlumatlar təqdim edilib.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?