27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə”

“Məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə”

“İqtisadiyyat Nazirliyində 2025-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində DVX-nin Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən "Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə" mövzusunda onlayn formatda təlim keçirilib. Təlimdə 218 nəfər vergi xidməti əməkdaşı iştirak edib.

Bundan başqa, 2025-ci ilin ötən dövrü ərzində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil olunmuş “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda 4 təlimdə “Korrupsiyanın anlayışı, təzahür formaları və ona qarşı mübarizə tədbirləri” mövzusu tədris edilib. Təlimlərə ümumilikdə 84 nəfər vergi xidməti əməkdaşı cəlb olunub.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində DVX tərəfindən dövlət, bələdiyyə və digər büdcə təşkilatlarının əməkdaşları üçün korrupsiya riskləri və korrupsiya halları ilə mübarizə, vergi ödəyiciləri üçün isə vergidən yayınma hallarına görə məsuliyyət mövzuları üzrə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?