6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Vergi Xidmətində Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbərliyi və üzv sahibkarlarla görüş keçirib.

Görüşdə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin gücləndirilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və dövlət-biznes əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub.

DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, qarşıdakı fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

DVX rəisi vurğulayıb ki, son illərdə vergi sistemində aparılan islahatların əsas hədəfi sahibkarlığın inkişafını təşviq etmək, şəffaf və bərabər rəqabət mühitini təmin etməkdir. Bu baxımdan biznesin tələblərinə uyğunlaşan çevik idarəetmə mexanizmləri formalaşdırılır, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Qeyd olunub ki, 2021-ci ildən DVX-nin Vergi siyasəti baş idarəsi tərəfindən müxtəlif assosiasiyalar və biznes təmsilçiləri ilə davamlı görüşlər keçirilir. Bu günə qədər 330-dan çox görüş keçirilib, həmin görüşlərdə 700-dən çox müxtəlif təklif səsləndirilib, onlardan 100-dən çoxu qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentiMəmməd Musayev DVX-nin sahibkarlarla əməkdaşlığa verdiyi dəstəyi yüksək qiymətləndirib, son illərdə aparılan islahatların biznes mühitinə müsbət təsirini vurğulayıb.

Görüşdə sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində qarşılaşdıqları bəzi praktiki məsələlər və təkliflərlə bağlı fikirlər səsləndirilib və vergi inzibatçılığının daha da sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vergi orqanlarının sahibkarlığa yanaşmasında tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi yüksək qiymətləndirilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Görüş səmimi və qarşılıqlı anlayış şəraitində keçib, gələcəkdə Dövlət Vergi Xidməti ilə Sahibkarlar Konfederasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi, avtomobil bazarları, kənd təsərrüfatı və səhiyyə sektorlarında fəaliyyət göstərən biznes subyektləri ilə görüşlərin davam etdirilməsi qərara alınıbvə bununla bağlı müvafiq tapşırıqlar verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?