27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,9 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,9 faiz artıb

2025-ci ilin yanvar - oktyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 208,9 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz və ya 28,5 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 147,6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 27,5 milyon manat və ya 22,9 faiz artıb. Ödənilən vergilərin 70,7 faizi qeyri-dövlət sektorunun, 29,3 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 8,8 faiz artıb və 25,2 milyon manatdan artıq təşkil edib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?