6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX “İnsan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq forumda təmsil olunub

DVX “İnsan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq forumda təmsil olunub

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan resurslarının idarə edilməsi” forumu keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (DVX) tədbirdə qurumun İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev, həmin baş idarənin şöbə rəisi Ülviyyə Hacıyeva və Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər.

Tədbirdə vergi orqanlarında innovasiyaları və adaptasiyanı təşviq etməyə yönəlmiş öyrənmə və inkişaf sahəsindəki irəliləyişlər və təcrübələr təqdim olunub. Qlobal tendensiyaların gələcək iş şəraitinə təsiri, sürətlə inkişaf edən texnoloji yeniliklər, dəyişən əmək bazarı demoqrafiyası, korporativ dəyərlər və iş mühiti ilə bağlı yeni gözləntilər şəraitində insan resursları mütəxəssislərinin üzərinə düşən vəzifələr və bu dəyişikliklərə hazırlıq məsələləri müzakirə edilib. Davamlı öyrənmə, inkişaf və innovasiya mədəniyyətinin təşviqi, rəqəmsal bacarıqların aşılanması, yumşaq bacarıqların inkişafı, liderlik qabiliyyətinə fokuslanmaq, təşkilatların sürətlə dəyişən mühitin çağırışlarını qarşılamağa və vergi işçiləri üçün zəruri bilik və bacarıqları effektiv şəkildə təmin etməyə yönəlmiş mexanizmlər diqqətə çatdırılıb.

Forumda insan kapitalına dair yeni tələblər, rəqəmsal səriştələr, süni intellektin tətbiqi imkanları, təlimçi bazasının formalaşdırılması və müasir trendlərə uyğunlaşma strategiyaları barədə fikirlər səsləndirilib. Tədbir çərçivəsində süni intellektin tətbiqi və təlimçilərin formalaşdırılması barədə qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüblər.

Forum zamanı İsveçrə, Fransa, Finlandiya, Belçika, Macarıstan, Ukrayna, Bolqarıstan, Yunanıstanın və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının vergi sahəsində insan resurslarının idarə edilməsi barədə təcrübələri təqdim edilib.

Tədbir çərçivəsində DVX nümayəndələri müxtəlif ölkələrin təmsilçiləri ilə ikitərəfli görüşlər keçiriblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?