6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində “Nitq mədəniyyəti və effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

Dövlət Vergi Xidmətində “Nitq mədəniyyəti və effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi, xidmətdə səmərəliliyin artırılması və effektiv kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Nitq mədəniyyəti və effektiv ünsiyyət” mövzusunda iki günlük təlim təşkil olunub.

Bakıda və Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunan təlimlərdə Vergi ödəyicilərinə xidmət idarəsinin paytaxtda və ərazi vergi orqanlarında fəaliyyət göstərən əməkdaşları iştirak ediblər. Təlimi Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı aparıb.

Təlim müddətində iştirakçılarla ödəyicilərlə effektiv ünsiyyətin qurulması, etik davranış normaları, xidmət mədəniyyəti və vergi ödəyicisinin məmnuniyyətinin təmin edilməsi istiqamətində əsas bilik və bacarıqlar müzakirə olunub. Həmçinin nitq mədəniyyətinin əsas prinsipləri, emosional zəka və dinləmə bacarıqları, bədən dili və təmsilçi davranışı kimi mövzular da praktiki nümunələr əsasında təhlil edilib.

Təlim interaktiv şəkildə keçirilib, iştirakçılarla birgə situasiyaların müzakirəsi və real xidmət vəziyyətlərinə dair praktiki tapşırıqlar icra olunub.

Qeyd edək ki, Dövlət Vergi Xidməti öz əməkdaşlarının təlim ehtiyaclarının qarşılanması, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi və fasiləsiz peşəkar inkişaf prosesinin təmin olunması məqsədilə mütəmadi olaraq müxtəlif istiqamətlərdə təlim və seminarlar təşkil edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?