6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX “Daxili auditdə dürüstlük, etika və hesabatlılıq” mövzusunda beynəlxalq tədbirdə təmsil olunub

DVX “Daxili auditdə dürüstlük, etika və hesabatlılıq” mövzusunda beynəlxalq tədbirdə təmsil olunub

Sloveniya Respublikasının Lyublyana şəhərində Maliyyə üzrə Təcrübə Mərkəzi (CEF) tərəfindən “Daxili auditdə dürüstlük, etika və hesabatlılıq” mövzusunda beynəlxalq tədbir və praktiki təlim keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsinin rəis müavini Kamran Səfərəliyev və Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsinin şöbə rəisi Orxan Şixəmmədov iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılara daxili audit məqsədləri üçün etik davranış prinsipləri, dürüstlük və hesabatlılıq anlayışları barədə təqdimatlar edilib, daxili audit zamanı tətbiq olunan müasir yanaşmalarla bağlı təlimlər keçirilib.

Təlimçilər öz təşkilatlarında formalaşmış praktiki təcrübələri bölüşərək interaktiv və səmərəli müzakirələr aparıblar. Müzakirələr zamanı daxili audit prosesində empatiya hissinin əhəmiyyəti, insan münasibətlərinin rolu, düzgün olmayan kommunikasiyanın yarada biləcəyi fəsadlar, eləcə də auditorlar üçün zəruri olan peşəkar keyfiyyətlərin praktik tətbiqi məsələləri nəzərdən keçirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?