6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndəsi OECD-nin yüksək səviyyəli ekspert qrupuna üzv seçilib

DVX nümayəndəsi OECD-nin yüksək səviyyəli ekspert qrupuna üzv seçilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Ceyhun İsmayılov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) təşəbbüsü üzrə İnklüziv Çərçivənin ekspert qrupunun üzvü seçilib.

Bu qrup OECD-nin BEPS təşəbbüsü çərçivəsində qlobal vergi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən, həmçinin beynəlxalq standartların hazırlanmasına rəhbərlik edən ən yüksək səviyyəli ekspert orqanıdır. Qrupun üzvləri 140-dan çox ölkə və yurisdiksiyanın təmsil olunduğu İnklüziv Çərçivədə strateji qərarların formalaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və texniki işlərin mandatının verilməsi kimi funksiyaları icra edirlər.

Qrupa üzvlük yalnız OECD və BEPS təşəbbüsünə üzv ölkələrin seçimi əsasında reallaşır. Namizədlərin seçilməsində onların beynəlxalq vergi sahəsində bilikləri, eləcə də qlobal vergi dialoquna fəal töhfələri əsas meyar kimi dəyərləndirilir.

DVX nümayəndəsinin bu mühüm quruma üzv seçilməsi Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun və institusional potensialının tanınmasının göstəricisidir. Bu üzvlük ölkəmizin qlobal vergi gündəliyində iştirak imkanlarını genişləndirəcək, milli vergi siyasətinin beynəlxalq təcrübə ilə uzlaşdırılmasına və ədalətli vergi mühitinin inkişafına töhfə verəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?