6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin nümayəndə heyəti Türkiyədə iqlim siyasəti üzrə müzakirələrdə iştirak edib

DVX-nin nümayəndə heyəti Türkiyədə iqlim siyasəti üzrə müzakirələrdə iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevanın iştirak etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisi və Prezident Administrasiyasının nümayəndələri ilə birgə Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Səfər Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən təşkil olunub və iqlim qanunvericiliyi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi daşıyıb.

Səfər çərçivəsində nazirlik tərəfindən istixana qazı emissiyalarının izlənməsi, hesabatlılıq və yoxlama sistemi (MRV), Emissiya Ticarət Sistemi (ETS), yaşıl taksonomiya, iqlim maliyyələşməsi, Yerli İqlim Dəyişikliyi Fəaliyyət Planları (YİDEP) və iqlim dəyişikliyinə uyğunlaşma siyasətləri mövzularında təqdimatlar keçirilib. Görüşlər zamanı İqlim Qanununun müvafiq maddələri üzrə təcrübə və fikir mübadiləsi aparılıb, Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin iqlim dəyişiklikləri ilə bağlı atdığı addımlar, karbon qiymətqoyma təşəbbüsləri və davamlı inkişaf siyasəti barədə məlumat verilib.

Səfər çərçivəsində Türkiyə Gəlir İdarəsi Başqanının müavini Mehmet Arabacı ilə görüş də keçirilib. Türkiyənin Ticarət Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM) və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunub.

Bundan əlavə, nümayəndə heyəti Türkiyənin “Oyak Çimento” zavoduna baxış keçirərək, müəssisənin istehsal prosesi, karbonlu texnologiyaların tətbiqi, enerji səmərəliliyi, alternativ yanacaq və xammal mənbələrindən istifadə, emissiyaların azaldılması və tullantıların təkrar emalı sahəsində gördüyü işlərlə tanış olub. Müəssisədə enerji istehlakının optimallaşdırılması, bərpa olunan enerji mənbələrinin tətbiqi və dayanıqlı istehsal zəncirinin qurulması istiqamətində layihələrin icra olunduğu qeyd edilib.

Səfər çərçivəsində aparılan müzakirələr sənaye sektorunda yaşıl keçid modellərinin təşviqi, iqlimə uyğun istehsal təcrübələrinin öyrənilməsi, beynəlxalq iqlim siyasəti və hədəflərinin ölkə səviyyəsində tətbiqi, iqlim siyasəti təcrübələrində Avropa İttifaqının atdığı addımlara (CBAM-a) münasibətdə dövlətlərin və sahibkarların hazırlıq səviyyəsi və bir sıra institusional və hüquqi çərçivələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Eyni zamanda, səfər regional və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?