27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Açıq qapı günü” keçirilib

“Açıq qapı günü” keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı günü” təşkil edib. Tədbir Naxçıvan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Tələbələrin diqqətinə çatdırılıb ki, mərkəzin fəaliyyəti şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və vergi mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzlə tanışlıq tələbələrin peşəkar inkişafı baxımından böyük əhəmiyyət kəsb etməklə, onların vergi orqanlarının gündəlik fəaliyyəti ilə yaxından tanış olması, nəzəri biliklərinin praktiki müstəvidə möhkəmləndirməsi, gələcək ixtisas hazırlığının və dövlət qurumları ilə əməkdaşlıq bacarıqlarının inkişafı üçün əhəmiyyətlidir. Tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?