6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan islahatlar davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib.

Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur.

Yeni “prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

Bəyannamənin əvvəlcədən doldurulması sistemi (prefiling) həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Eyni zamanda, vergi bəyannamələrinin daha operativ və dəqiq tərtib edilməsinə, məlumatların öncədən yoxlanılması ilə səhvlərin aradan qaldırılmasına, nəticədə, vergi ödəyicilərinə göndərilən uyğunsuzluqların azalmasına və əlavə yazışmaların qarşısının alınmasına şərait yaradır. Ümumilikdə, “prefiling” sistemi vergi hesabatlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və vergi ödəyicilərinin inzibati yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.

“Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) xidmətinin tətbiqi bəyannamələrin tərtib edilməsi istiqamətində həyata keçirilən islahatların davamıdır. Yaxın gələcəkdə Dövlət Vergi Xidməti tərəfindən digər bəyannamələr üzrə də öncədən doldurulma (“prefiling”) sisteminin də istifadəyə verilməsi planlaşdırılır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?