15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Auditorlar haqqında doğru bilinən yanlışlar

Mövzunu “vergiler.az”a “İATM Audit and Consulting” MMC-nin auditoru İlkin Lələyev şərh edir. 

Audit xidməti zamanı ünvanlanan suallardan, təcrübədən deyə bilərik ki, biznes mühitində auditorlar haqqında bir sıra yanlış fikirlər mövcuddur. Aşağıda 3 doğru bilinən yanlış barədə məlumat vermək doğru izahını çatdırmaq istərdim.

1. Auditorlar maliyyə hesabatları hazırlayır, ona rəy verir

Audit yoxlaması üçün müraciət edən bəzi sahibkarlıq subyektlərində maliyyə hesabatlarının hazırlanmadığının şahidi oluruq. Sahibkar düşünür ki, auditor gəlib bu hesabatları hazırlayacaq, sonra onu yoxlayaraq rəy verəcək. Ancaq bilmək lazımdır ki, auditor şirkətin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına (BAS) uyğun tərtib edildiyini yoxlayaraq rəy verən şəxsdir. Ona görə də kənar audit xidməti üçün müraciət edən şirkətdə maliyyə hesabatları hazır olmalıdır ki, auditor bu hesabatları BAS-a uyğun yoxlasın, rəy versin. Adətən, auditor təşkilatları sahibkarlıq subyektlərinə maliyyə hesabatlarının hazırlanması xidmətinin göstərilməsini təklif edirlər. Bu zaman diqqət edilməli məqam budur ki, maliyyə hesabatlarının hazırlanması xidmətini göstərən auditor təşkilatı və ya sərbəst auditor özünün hazırladığı həmin hesabatın yoxlanması və ona rəy verilməsi xidmətini göstərə bilməz. Bunun üçün başqa auditor təşkilatına və ya sərbəst auditora müraciət edilməlidir.

2. Auditor bütün səhvləri tapır

Auditor cəlb edən bəzi sahibkarların fikrincə, o, maliyyə əməliyyatlarını A-dan Z-yə yoxlayacaq, bütün səhvlərini aşkarlayacaq. Halbuki 200 nömrəli BAS-a əsasən, auditor əhəmiyyətli səhvlərin aşkarlanması üçün riskəsaslı seçmə üsulu ilə nümunələr götürərək yoxlama aparır. Bu o deməkdir ki, bütün maliyyə əməliyyatlarını yoxlamaq praktiki cəhətdən mümkün olmadığı üçün auditor müəyyən formada yoxlanmalı əməliyyatları seçir, həmin əməliyyatların yoxlanışı əsasında şirkətin maliyyə hesabatlarını dəyərləndirir, rəy verir. Eyni zamanda, 240 nömrəli BAS-a görə, auditorun bütün səhvləri aşkarlamaq məsuliyyəti yoxdur, o, əhəmiyyətli səhvləri müəyyən etməlidir.

3. Auditor ancaq maliyyə hesabatlarını yoxlayır və rəy verir

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq, maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Yəni auditor təkcə maliyyə hesabatlarını yoxlayıb ona rəy verən şəxs deyil, o, həmçinin, təşkilatla bağladığı müqavilə ilə şirkətdə müxtəlif istiqamətdə yoxlamalar (daxili audit, vergi auditi və s.) apara, mühasibat uçotunu qura, maliyyə hesabatlarını hazırlaya bilər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?