6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tələbələr “Vergi orqanlarında könüllülük fəaliyyəti” istiqamətində maarifləndiriliblər

Tələbələr “Vergi orqanlarında könüllülük fəaliyyəti” istiqamətində maarifləndiriliblər

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə “Vergi orqanlarında könüllülük fəaliyyəti” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə vurğulanıb ki, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinin davamı kimi, Dövlət Vergi Xidməti bu potensialdan istifadə edərək gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək edir. Bildirilib ki, son illərdə Naxçıvan, Ordubad, Şərur və Babək şəhərlərində müasir tələblərə cavab verən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həmin mərkəzlərdə göstərilən xidmətlərin daha səmərəli təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə könüllü gənclər fəaliyyət göstərirlər. Könülülər mərkəzlərdə vətəndaşların qarşılanması, müraciətlərə operativ cavab verilməsi, elektron xidmətlərdən istifadəyə dəstək, həssas qruplara xüsusi qayğı göstərilməsi kimi fəaliyyətlər həyata keçirirlər.

Tədbirdə gənclərin diqqətinə çatdırılıb ki, könüllülük proqramı iştirakçılara vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti barədə minimal biliklər qazandırır, praktiki vərdişlərin formalaşmasına şərait yaradır. İki ay müddətinə təşkil olunan fəaliyyətin sonunda könüllülərin işi qiymətləndirilir və onlara sertifikat təqdim olunur. Bu təcrübə gənclərin gələcək karyera imkanlarının genişlənməsində mühüm üstünlükdür.

Çıxışlarda gənclərin gələcək karyera imkanları barədə məlumatlar verilərək vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbul olunan yeni əməkdaşlar arasında vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş gənclər də var. Bu fakt könüllülük fəaliyyətinin peşəkar inkişaf üçün mühüm platforma olduğunu təsdiqləyir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb, mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?