6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda bazarlara vergi nəzarəti gücləndirilir

Naxçıvanda bazarlara vergi nəzarəti gücləndirilir

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Bazar mülkiyyətçisi olan vergi ödəyicilərinin vəzifələri” mövzusunda görüş keçirilib. Görüş vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və elektron xidmətlərdən istifadə ilə bağlı olub.

Görüşdə bildirilib ki, qanunvericiliyə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkündür. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qeyd olunub ki, qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi nəzərdə tutulur. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Bundan başqa, qanun qüvvəyə mindikdən sonra növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması bazarların mülkiyyətçiləri tərəfindən təmin edilməlidir.

Görüşdə vurğulanıb ki, bu tələblərə əməl edilməsi qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına töhfə verəcək.

Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər 1 oktyabr 2025-ci tarixdən tətbiq olunacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?