6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti 2024-cü ilə dair illik hesabatını təqdim edib

Dövlət Vergi Xidməti 2024-cü ilə dair illik hesabatını təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2024-cü il üzrə hesabatını ictimaiyyətə təqdim edib. Hesabat DVX-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Vergi sistemində şəffaflığın, hesabatlılığın və nəticəyönümlü idarəetmənin təmin edilməsi baxımından mühüm sənəd hesab oluna biləcək hesabatda DVX-nin əsas fəaliyyət istiqamətləri üzrə nəticələr, kəmiyyət və keyfiyyət göstəriciləri əksini tapıb. Sənəddə dövlət büdcəsinə vergi daxilolmalarında müşahidə olunan dinamika, eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü vergi ödənişlərinin stimullaşdırılması, xidmət keyfiyyətinin artırılması, risk əsaslı vergi nəzarəti sisteminin tətbiqi nəticəsində nəzarət tədbirlərinin səmərəliliyinin yüksəldilməsi, rəqəmsallaşma, vergi ödəyiciləri ilə effektiv kommunikasiya və digər istiqamətlər üzrə görülmüş işlər barədə məlumatlar təqdim edilib. Bundan başqa, hesabatın ayrıca bölməsində DVX-nin son 7 il ərzində fəaliyyətinə dair kəmiyyət və keyfiyyət göstəriciləri müqayisəli şəkildə əks olunub.

DVX-nin 2024-cü il üzrə illik hesabatı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/illikhesabat

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?