6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətində Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, eləcə də ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Söhbət zamanı səfirlik işçilərinin vergitutma məsələləri, bu sahədə mövcud qanunvericilik tələbləri və onların tətbiqi müzakirə olunub.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?