6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İkiqat vergitutmanın aradan qaldırılmasına dair Konvensiya layihəsi üzrə danışıqlar aparılıb

İkiqat vergitutmanın aradan qaldırılmasına dair Konvensiya layihəsi üzrə danışıqlar aparılıb

Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə növbəti danışıqlar keçirilib.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfindən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutma ilə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətində səylərin artırılması barədə razılığa gəliblər.

Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsinin səlahiyyətləri şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrə hər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?