6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ordubad şəhərindəki vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malikdir

Ordubad şəhərindəki vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malikdir FOTOREPORTAJ

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir.

Burada vergi ödəyicilərinə vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri haqqında məlumat və izahatlar verilir, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı xidmətlər göstərilir.

Mərkəzdə həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərilməklə, gün ərzində təxminən 150-dək şəxsin qəbul edilməsi və həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür. Bununla yanaşı, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinə uyğun olaraq Mərkəzdə könüllülər fəaliyyət göstərir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?