6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlara Vergi ombudsmanı institutu barədə məlumat verilib

Sahibkarlara Vergi ombudsmanı institutu barədə məlumat verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) əhatə dairəsində fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün məqsədi vergi və sığorta sahəsində sahibkarların qarşılaşdıqları çətinliklərlə tanış olmaq, irəli sürdükləri təklifləri dinləmək, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün aktual məsələləri müəyyənləşdirmək olub. Arif Quliyev Baş idarənin və Vergi ombudsmanı institutu haqda barədə danışaraq bildirib ki, məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, preventiv tədbirlərin həyata keçirilməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüş zamanı iştirakçılara DVX-nin rəsmi internet saytında (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib, sahibkarların rəyləri dinlənilib və sualları cavablandırılıb. Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. Bununla yanaşı, vergi orqanlarına edilən müraciətlərlə bağlı sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib.

Qeyd olunub ki, vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?