6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsində görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Lənkəran şəhərində deputat Fariz İsmayılzadə tərəfindən şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsində görüş keçirib. Tədbirdə DVX-nin Tədris Mərkəzinin nümayəndələri şagirdlərə vergilər və iqtisadiyyat barədə ilkin məlumatlar verərək ümumi anlayışları izah ediblər.

Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova və müəllimi Şahin Hüseynli vergilərin tətbiqinin məqsədi və ölkəmizin vergi sistemi barədə danışıb, vergi ödəməyin cəmiyyət üçün faydaları, sosial üstünlükləri və dövlət büdcəsinin formalaşmasında rolundan bəhs ediblər. İnteraktiv formatda keçirilmiş görüşdə şagirdlərə praktiki tapşırıqlar verilib və qrup müzakirələri təşkil olunub.

Sonda şagirdlər üçün vergi və maliyyə savadlığı üzrə maarifləndirici viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?