6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olanların dövriyyəsi necə hesablanır?

Kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olanların dövriyyəsi necə hesablanır?

Müəssisəmiz kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) topdansatışı ilə məşğul olur. Bu məhsulları Vergi Məcəlləsinin tələblərinə uyğun qaydada rəsmiləşdirməklə istehsalçılardan alıb topdan satırıq. Belə olan halda, ƏDV qeydiyyatına alınma öhdəliyimiz nə zaman yaranır - ümumi dövriyyə (təqdim edilmiş malların tam dəyəri) 200.000 manatı keçdikdə, yoxsa ticarət əlavəsi 200.000 manatdan artıq olduqda?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) həmin Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu maddənin məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi dedikdə, ümumi dövriyə nəzərdə tutulur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV - ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci , 159-cu maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?