6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicilərinin 20,2 mindən çox yazılı müraciəti cavablandırılıb

Vergi ödəyicilərinin 20,2 mindən çox yazılı müraciəti cavablandırılıb

2025-ci ilin yanvar-iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 348.728 şəxs qəbul edilib, onlara 556.884 sayda xidmət göstərilib ki, bunun da 192,4 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 131,3 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6 faizini təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar – iyul ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 20,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 16,7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Həmin dövr ərzində 2.335 vergi ödəyicisinin iştirakı ilə 232 görüş keçirilib, 2.948 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 919 mindən çox SMS göndərilib.

Yanvar – iyul ayları ərzində ümumilikdə 184.978 müraciət üzrə 281.510 Asan İmza sertifikatı verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?