27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qarabağ Universitetinin tələbələri vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunublar

Qarabağ Universitetinin tələbələri vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunublar

Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub.

Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən və 2 ay davam edəcək fəaliyyətin əsas məqsədi ikitərəfli faydalı əməkdaşlığın genişləndirilməsi, gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarədir. Tələbələr üçün Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları, hüquq və vəzifələri, dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri, məlumat təhlükəsizliyi, könüllülük fəaliyyətinin məqsədi və motivasiya mövzuları üzrə təlimlər təşkil edilir.

Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində bu prosesin gələcəkdə də davam etdirilməsi, tələbələrin yaradılmış imkanlardan maksimum faydalanması üçün vergi orqanlarında hər bir şəraitin yaradılması nəzərdə tutulur.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?