27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 29,8 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 29,8 faiz artıb

2025-ci ilin yanvar – iyul ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 faiz artıb. Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət sektorunun, 32,2 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar – iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 2,7 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,6 faiz artıb və 18,1 milyon manata yaxın təşkil edib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?