28 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Neft məhsullarına görə ödənilən yol vergisi

Neft məhsullarına görə ödənilən yol vergisi

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib.

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qanunvericiliyə uyğun olaraq, topdansatış tariflərinə yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən, həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq, malın dəyəri kimi gəlirdən çıxılır və mənfəət vergisi bəyannaməsinin "Xərclər" bölməsində əks etdirilir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?