6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha bir neçə beynəlxalq şirkət ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

Daha bir neçə beynəlxalq şirkət ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir. Daha bir neçə beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) Portalında vergi uçotuna alınıb. “Elsevier BV”, eləcə də “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkətin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkətlər tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.

“Elsevier BV” elmi nəşriyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət, əsasən elmi, texniki və tibbi sahələr üzrə akademik jurnalların, kitabların və rəqəmsal resursların nəşri ilə məşğuldur. Niderland Krallığında qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir. “Match Group” şirkətlər qrupuna daxil olan digər 2 şirkət isə dünyanın bir çox ölkəsində milyonlarla istifadəçiyə xidmət göstərir və sosial platformalar arasında liderlər sırasındadır.

Qeyd edək ki, bundan əvvəl “Apple Distribution International Limited” , “Adobe Systems Software Ireland Limited” və “Sony Interactive Entertainment Network Europe Limited” şirkətləri də Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?