6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi hüquqpozmaları ilə mübarizə tədbirləri davam etdirilir

Vergi hüquqpozmaları ilə mübarizə tədbirləri davam etdirilir

2025-ci ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 466 cinayət işi başlanıb.

Hesabat dövründə 90 cinayət işinin icraatına xitam verilib, 86 nəfər barəsində 76 cinayət işi ittiham aktı təsdiq edilməsi məsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 3 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə 23 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri və materiallar üzrə isə dövlət büdcəsinə ümumilikdə 15,9 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

2025-ci ilin 6 ayı ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 44 vergi ödəyicisində 104 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 555,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 126 nəfər işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1 milyon manat vəsait ödətdirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?